satellite   Azerspace-1: 11135 H 30000

Rubio G7 həmkarları ilə Ukrayna məsələsini müzakirə edib

Rubio G7 həmkarları ilə Ukrayna məsələsini müzakirə edib

ABŞ Dövlət katibi Marko Rubio Ukrayna nizamlanması məsələsini G7 ölkələrinin xarici işlər nazirləri ilə müzakirə etdiyini bildirib.

NTV xəbər verir ki, Rubio bu barədə sosial media hesabında yazıb: “Biz Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq, Venesuelada sabitliyə nail olmaq və bütün dünyada sülh və rifahın təşviqi üçün qlobal təhdidlərə qarşı mübarizə yollarını müzakirə etdik”.

Rubio, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü qeyd edib. “Biz Ukraynanın təhlükəsizliyi, eləcə də müdafiə və iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etdik”, – deyə o vurğulayıb.

Dövlət katibi Ukrayna böhranına toxunaraq əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp “qan tökülməsinə birdəfəlik son qoyacaq bir həll yolu axtarır”.

Rubio bu görüşləri Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM