ABŞ administrasiyası İran neftinin Çinə tədarükünün qarşısını almaq məqsədilə yeni tədbirlər görməyi planlaşdırır.
NTV xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqlarda Tehrandan güzəştlər əldə etməyə ümid edir.
Mənbələrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə keçirilən görüşdə İrana, əsasən Çinə neft satışı ilə bağlı iqtisadi təzyiqin artırılması barədə razılığa gəliblər.
Nəşr qeyd edir ki, Vaşinqton bu addımın İranı nüvə proqramı ilə bağlı ciddi güzəştlərə vadar edə biləcəyini hesab edir.
