satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada HƏMAS-ın tərksilah prosesinə martda başlanılması nəzərdə tutulur

Qəzzada HƏMAS-ın tərksilah prosesinə martda başlanılması nəzərdə tutulur

HƏMAS hərəkatının tərksilah prosesinə mart ayında başlamaq planlaşdırılır.

NTV xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət televiziyası Sülh Şurasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, HƏMAS-ın tərksilahı Qəzzada yeni texnokratik hökumət formalaşdırıldıqdan və hərəkatın əvvəlki səlahiyyətləri həmin hökumətə ötürüldükdən sonra başlayacaq. Bildirilir ki, silahsızlaşdırma prosesinin ilk mərhələsi Qəzzanın cənubunda yerləşən Rəfah şəhərindən start götürəcək.

Sülh Şurasına üzv ölkələrin liderlərinin ilk görüşü fevralın 19-da ABŞ paytaxtında keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM