satellite   Azerspace-1: 11135 H 30000

İndoneziya Prezidenti: Qarşıdakı 1-2 ay ərzində Qəzzaya ilk qoşun bölməsi göndəriləcək

İndoneziya Prezidenti: Qarşıdakı 1-2 ay ərzində Qəzzaya ilk qoşun bölməsi göndəriləcək

İndoneziya Prezidenti Prabovo Subianto sülhü təmin etmək və atəşkəsi qorumaq üçün Qəzza zolağına 8 min və ya daha çox əsgər göndərməyə hazır olduğunu bildirib.

NTV İndoneziya mediasına istinadla xəbər verir ki, Prezident Prabovo Subianto Vaşinqtonda Sülh Şurasının iclasında iştirakdan sonra ölkə jurnalistlərinə müsahibəsində belə deyib. O, təxminən 1-2 ay ərzində ilk qoşun bölməsinin Qəzza zolağına göndəriləcəyini söyləyib.

İndoneziyanın Xarici İşlər Nazirliyi missiyanın humanitar yardım, yenidənqurma və mülki əhalinin qorunmasına yönələcəyini bildirib.

Qeyd edək ki, İndoneziya ilə yanaşı, Mərakeş, Qazaxıstan, Kosovo və Albaniya Qəzzaya qoşun göndərməyə razılıq veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM