satellite   Azerspace-1: 11135 H 30000

Avropalılar təhlükəsizlik məsələsindən narahatdırlar

Avropalılar təhlükəsizlik məsələsindən narahatdırlar

Avropalıların 68 faizi ölkələrinin təhlükədə olduğunu hesab edir, 42 faizi isə şəxsi təhlükəsizliklərinin risk altında olduğu qənaətindədir.

NTV xəbər verir ki, Brüsseldə yerləşən “Demoscopy” şirkətinin Avropa Komissiyasının müraciəti əsasında apardığı ictimai rəy sorğusunun nəticələri bunu göstərir. Avropa İttifaqına üzv 27 ölkədə 27 min nəfər arasında aparılmış sorğuya əsasən, ölkələrinin təhlükədə olduğunu düşünənlər əsasən Fransa, Niderland, Danimarka və Almaniyada yaşayanlardır.

Müdafiə sahəsinə investisiyalara gəlincə, rəyi soruşulanların 32%-i Avropa İttifaqının, 34%-i isə öz ölkələrinin bu sahədə yetərli addımlar atmadığını hesab edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM