satellite   Azerspace-1: 11135 H 30000

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

Avropa Mərkəzi Bankı (ECB) Yaxın Şərqdə münaqişənin uzanmasının Avrozonada inflyasiyanın yenidən sürətlənməsi riskini artırdığını bildirib.

NTV xəbər verir ki, qurumun baş iqtisadçısı martın 3-də enerji qiymətlərində artımın xüsusilə qısa müddətdə qiymətlərə yuxarı təzyiq göstərməsi ilə bağlı xəbərdarlıq edib.

“İstiqamət baxımından enerji qiymətlərinin yüksəlməsi inflyasiyaya, xüsusən də qısa müddətdə, artırıcı təsir göstərir”, – deyə ECB-nin baş iqtisadçısı Filip Lane bildirib.

ABŞ və İsrailin İran İslam Respublikasına qarşı hücumları və ardınca Tehranın cavab tədbirləri regionda enerji axınlarını pozub. Bazar ertəsi 6 faizdən çox bahalaşan neft qiymətləri bu gün də artımını davam etdirib.

Filip Lanenin sözlərinə görə, təsirin miqyası və orta müddətli inflyasiya perspektivləri münaqişənin İranla nə qədər genişlənəcəyi və nə qədər davam edəcəyindən asılı olacaq. Onun fikrincə, Yaxın Şərqdə eskalasiya ECB-nin nəzərdən keçirdiyi əsas risk ssenarilərindən biridir və qurum vəziyyəti yaxından izləyəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM