satellite   Azerspace-1: 11135 H 30000

SEPAH: ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini ölüb

SEPAH: ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini ölüb

Fevralın 28-dən bəri ABŞ və İsrailin zərbələri nəticəsində 700-dən çox İran sakini həlak olub.

NTV xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

Daha əvvəl İranın Qızıl Aypara Cəmiyyəti ABŞ və İsrailin birgə hərbi əməliyyatı başlayandan bəri 787 nəfərin həlak olduğu və 504 obyektə 1 039 zərbə endirildiyi barədə məlumat verib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirərək, ona qarşı hərbi əməliyyata başlayıblar. İran cavab olaraq İsrail ərazisinə raketlər atıb. Bundan əlavə, İran Silahlı Qüvvələri ABŞ-nin bir sıra Yaxın Şərq ölkələrində yerləşən hərbi bazalarına hücum edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM