satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanın 3300-dən çox vətəndaşı Yaxın Şərqdən evakuasiya edilib

Qazaxıstanın 3300-dən çox vətəndaşı Yaxın Şərqdən evakuasiya edilib

Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) səlahiyyətli orqanlarla birgə vətəndaşların Yaxın Şərq münaqişəsi zonasından geri qaytarılmasını davam etdirir.

NTV-nin Qazaxıstan XİN-ə istinadən verdiyi məlumata görə, ümumilikdə rezident və qeyri-rezident aviaşirkətlərin 12 aviareysi yerinə yetirilib, bu reyslərlə vətənə 3300-dən çox qazaxıstanlı çatdırılıb.

Vətəndaşların bir hissəsi quru yolu ilə geri qaytarılır. İrandan artıq 52 Qazaxıstan vətəndaşı qayıdıb.

Qazaxıstanın regiondakı diplomatik nümayəndəlikləri evakuasiyanı əlaqələndirməyi və əməliyyat tam başa çatana qədər vətəndaşlarla əlaqə saxlamağı davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM