satellite   Azerspace-1: 11135 H 30000

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

Ötən il Gürcüstana dəmir yolu ilə göndərilən yükün 27 faizdən çoxu Azərbaycanın payına düşüb

Ötən il “Gürcüstan Dəmir Yolu” SC-nin (GDY) yükdaşımalarının həcmi 2024-cü illə müqayisədə 3 faiz azalaraq 13,3 milyon ton təşkil edib.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, bu həcmin 7,9 faizi yerli daşımaların, 34,7 faizi beynəlxalq daşımaların və 57,5 faizi tranzit daşımaların payına düşüb. 2025-ci ildə beynəlxalq nəqliyyat rejimində dəmir yolu ilə daşınan yüklərin ümumi həcminin 24,2 faizi Gürcüstandan ixrac edilən, 75,8 faizi isə idxal edilən yüklər olub. Dəmir yolu ilə idxal edilən yüklərin ümumi həcminin 35,8 faizi Rusiyanın, 27,2 faizi isə Azərbaycanın payına düşüb.

Ən çox yük göndərilən ölkələr siyahısında 16,2 faizlə Ermənistan birinci, 9,2 faizlə Qazaxıstan ikinci və 8,4 faizlə Rusiya üçüncü olub.

Statistikaya görə, tranzit yüklərin ümumi həcminin 13,4 faizi Niderlanda, 10,8 faizi Türkiyəyə, 6,6 faizi Çinə, 2,9 faizi Ukraynaya, 2,4 faizi İtaliyaya və 1,3 faizi Rumıniyaya ixrac olunub.

Hesabat dövründə sərnişin daşımada da azalma qeydə alınıb. 2025-ci ildə “Gürcüstan Dəmir Yolu” ilə 1717,9 min sərnişin daşınıb ki, bu da 2024-cü illə müqayisədə 17,3 faiz azdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM