ABŞ hakimiyyəti Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigesi Maliyyə Nazirliyinin sanksiya siyahısından çıxarıb.
NTV “Politico” nəşrinə istinadla xəbər verir ki, Ağ Ev bu qərarı ikitərəfli münasibətlərdə irəliləyişin əlaməti kimi qiymətləndirib.
“Prezident Donald Trampın dediyi kimi, Rodriges əla iş görür və ABŞ ilə əməkdaşlıq edir”, - deyə mətbuat katibi Anna Kelli bildirib.
Onun fikrincə, bu addım Venesuelada sabitlik və iqtisadi dirçəliş sahəsində uğurları əks etdirir.
Daha əvvəl Tramp ABŞ-ın yeni Venesuela hakimiyyəti ilə münasibətləri yüksək qiymətləndirib. O, Ağ Ev administrasiyasının Rodriges və onun nümayəndələri ilə yaxşı anlaşdığını vurğulayaraq əlavə edib ki, dövlət katibi Marko Rubio Karakasla əlaqələri yoluna qoymaq üçün fantastik iş görür.
