İndoneziyanın Şimali Maluku əyalətinin Halmahera bölgəsində yerləşən Dukono vulkanı yerli vaxtla saat 11:22-də yenidən püskürüb.
NTV xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, püskürmə zamanı zirvədən 1500 metr (dəniz səviyyəsindən 2587 metr) hündürlüyə qalın ağ-boz kül sütunu qalxıb.
Qeyd edək ki, vulkan çərşənbə axşamı səhər saatlarında da aktivləşmiş və kül buludunu 900 metr hündürlüyə püskürmüşdü.
