Acarıstan Muxtar Respublikasının Ali Şurasına yeni sədr seçilib.
NTV xəbər verir ki, bu vəzifəyə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının namizədi Tsotne Ananidze seçilib.
Gizli səsvermənin nəticələrinə görə, çoxluğun üzvləri Tsotne Ananidzeni yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, Acarıstan Muxtar Respublikası Ali Şurasının əvvəlki sədri David Qabaidze bir müddət əvvəl vəzifəsindən istefa verib.
