Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyası (UNAMA) bildirir ki, bu ölkə dünyada partlamamış hərbi sursatlardan (PHS) ən çox itki verən üçüncü yer olaraq qalır. Belə ki, ölkədə hər ay 50-dən çox insan bu səbəbdən həlak olur və ya yaralanır.
NTV xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) mina fəaliyyəti üzrə rəhbəri Nik Paund jurnalistlərə müsahibəsində bildirib: “Bu rəqəmlər Əfqanıstanda hər gün bir nəfərin partlamamış hərbi sursatdan (PHS) ölməsi və ya yaralanması deməkdir ki, bu insanların da 80 faizi uşaqlar, xüsusən də oğlanlardır.
Onun sözlərinə görə, bu qurbanların doxsan faizi qırxillik müharibədən qalan partlamamış hərbi sursatlardan ölür. Onların əksəriyyəti bu sursatları tapan və onlarla oynayan, yaxud mal-qara otararkən aşkar edən oğlanlardır.
UNAMA nümayəndəsi əlavə edib ki, Əfqanıstanın təxminən 1000 kvadrat kilometr ərazisi hələ də partlamamış hərbi sursatlarla çirklənib. Təxminən üç milyon insan, 800 təhsil mərkəzi və 200 tibb müəssisəsi partlamamış sursatla çirklənmiş ərazilərin bir kilometrliyində yerləşir.
“Əfqanıstana humanitar yardım azalıb, hökumət tanınmayıb və 2011-ci ildə 15 min nəfərə çatan mina təmizləyən işçilərin sayı indi cəmi 1300-ə düşüb”, - deyə Paund bildirib.
