satellite   Azerspace-1: 11135 H 30000

Brüssel dondurulmuş vəsaitlərin yalnız bir hissəsini Macarıstana ayırmağa hazırdır

Brüssel dondurulmuş vəsaitlərin yalnız bir hissəsini Macarıstana ayırmağa hazırdır

Avropa Komissiyası Macarıstanda planlaşdırılan hökumət dəyişikliyinə baxmayaraq, dondurulmuş Avropa İttifaqı vəsaitlərini Macarıstana verməyə hazır deyil.

NTV xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Macarıstanın Baş naziri postunu tutmağa hazırlaşan “Tisza” Partiyasının lideri Peter Macyarın komandası ilə Brüssel arasında Avropa İttifaqının “Pandemiyadan sonra bərpa fondu”ndan Budapeştə 10,4 milyard avro ayrılması ilə bağlı qapalı danışıqlar aparılır. Həmin vəsaitlər Viktor Orbanın hökuməti dövründə qanunun aliliyinin pozulması iddiaları səbəbindən dondurulmuşdu.

“Politico” qeyd edir ki, Avropa Komissiyası 6,5 milyard avroluq paketin qrant hissəsini müzakirə etməyə hazırdır, lakin qalan 3,9 milyard avroluq kreditin ayrılmasına qarşıdır. Brüssel hesab edir ki, Macarıstanın bütün zəruri islahatları həyata keçirmək üçün vaxtı çox azdır.

Buna baxmayaraq, Peter Macyarın komandası dondurulmuş vəsaiti tam almağa ümid edir, çünki Avropa İttifaqı ilə münasibətləri “yenidən qurmaq” vədlərindən sonra razılaşmanın tam əldə edilməməsi ölkə daxilində qənaətbəxş hesab edilməyə bilər.

Nəşr, həmçinin vurğulayır ki, Viktor Orbanın gedişinə baxmayaraq, Brüssel Macarıstana qarşı demokratik islahatlar və qanunun aliliyi ilə bağlı tələblərindən imtina etmək niyyətində deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM