satellite   Azerspace-1: 11135 H 30000

ABŞ-nin neft istehsalı azalıb

ABŞ-nin neft istehsalı azalıb

Birləşmiş Ştatların xam neft hasilatı azalır.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

EIA-ya görə, ötən hesabat həftəsində ABŞ-nin neft hasilatı 13 min barel azalaraq sutkada orta hesabla 13 milyon 573 min barel olub. Keçən həftə ABŞ-nin neft idxalı da əvvəlki həftəyə görə 273 min barel azalaraq sutkalıq 5 milyon 477 min barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 1 milyon 688 min barel geriləyərək gündəlik 4 milyon 750 min barel təşkil edib.

Cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik orta hesabla 13 milyon 510 min barel olacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM