satellite   Azerspace-1: 11135 H 30000

Avropa Komissiyası: "Google" işinin gecikdirilməsi ABŞ-nin təzyiqi ilə bağlı deyil

Avropa Komissiyası: "Google" işinin gecikdirilməsi ABŞ-nin təzyiqi ilə bağlı deyil

Avropa Komissiyası çoxmilyardlıq cərimənin tətbiqini nəzərdə tutan Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində "Google"a qarşı işin baxılmasının siyasi cəhətdən bloklanması ilə bağlı iddiaları rədd edib.

NTV-nin məlumatına görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Toma Renye Brüsseldə keçirilən brifinqdə bildirib.

"İşlərin siyasi baxımdan bloklanması halı qətiyyən yoxdur. İş texniki cəhətdən hazır olduqda, sübut bazası kifayət qədər möhkəm olduqda və qərar yetişdikdə - o qəbul edilir", - T.Renye bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası cərimənin özündə yox, şirkətlərin "ciddi öhdəliklər" götürməsində və pozuntuları aradan qaldırmasında maraqlıdır. T.Renye vurğulayıb ki, Brüssel "Google"a qarşı iş üzrə fəaliyyətini davam etdirir, lakin ənənəvi olaraq başa çatmamış araşdırmaların gedişatını şərh etmir.

Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndələri həmçinin Brüsselin ehtiyatlılığının ABŞ və Donald Tramp administrasiyasının təzyiqi ilə bağlı olması ehtimallarını da rədd ediblər. Bu kontekstdə Avropa Komissiyasının nümayəndəsi son aylardakı təcrübəyə istinad edib və bildirib ki, Avropa İttifaqı şirkətlərin hansı ölkədən olmasından asılı olmayaraq onlarla bağlı qərarlar qəbul edir.

Qeyd edək ki, əvvəllər bəzi KİV-lər, o cümlədən "Politico" və Almaniyanın "Handelsblatt" və "Capital Forum" nəşrləri "Google"a qarşı sanksiyaların mümkün gecikməsi və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin prosesə mümkün müdaxiləsi barədə məlumat vermişdilər. "Heise online"ın məlumatına görə, Avropa Komissiyasının araşdırması başa çatmaq üzrə idi və cərimənin elan olunması hələ mart ayında gözlənilirdi, lakin qərarın guya təxirə salındığı iddia edilirdi.

"Google"a qarşı iş ən böyük rəqəmsal platformaların bazar inhisarını məhdudlaşdırmağa yönəlmiş əsas Avropa qanunu olan DMA çərçivəsində nəzərdən keçirilir. Yanvar ayında Avropa Komissiyası "Google"a qarşı süni intellekt xidmətlərinin "Android"ə inteqrasiyası və rəqiblərin axtarış sisteminin məlumatlarına çıxışı ilə bağlı əlavə prosedurlara başlayıb. Brüssel şirkətdən rəqabət aparan süni intellekt köməkçiləri üçün texniki maneələri aradan qaldırmağı və axtarış məlumatlarına daha geniş çıxışı təmin etməyi tələb edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM