satellite   Azerspace-1: 11135 H 30000

Gələn il dünyada temperatur rekord həddə yüksələ bilər

Gələn il dünyada temperatur rekord həddə yüksələ bilər

Dünya güclü istilərlə üzləşə bilər. Yaxın aylarda formalaşacağı ehtimal edilən təbii iqlim hadisəsi “El Nino”nun gələn il qlobal temperaturun rekord həddə yüksəlməsinə səbəb olması mümkündür.

NTV  xəbər verir ki, bununla bağlı Avropanın “Kopernik” müşahidə sisteminin klimatoloqu Samanta Börjes xəbərdarlıq edib.

O, bildirib ki, 2027-ci ilin 2024-cü ili geridə qoyaraq tarixdə qeydə alınan ən isti il olması ehtimalı yüksəkdir.

Eyni zamanda, vurğulanıb ki, dünya okeanlarında may ayı üzrə temperatur rekordları yaxınlaşır. Qütb bölgələri istisna olmaqla, dəniz səthinin orta temperaturu aprel ayında 2024-cü ilin mütləq rekorduna çox yaxınlaşıb.

Qeyd edək ki, hazırda rekord səviyyəli dəniz istilik dalğaları Sakit okeanın ekvatorial mərkəzindən Amerika Birləşmiş Ştatları və Meksikanın qərb sahillərinə qədər uzanan geniş ərazini əhatə edir. “El Nino” Sakit okeanda baş verən təbii iqlim dövrünün mərhələlərindən biridir. Bu hadisə, adətən, yaz aylarında başlayır və sonrakı aylarda temperaturu, küləkləri və ümumilikdə qlobal iqlimi tədricən dəyişdirir. Bu, bəzi regionlarda quraqlığa, digər yerlərdə isə güclü yağışlara səbəb olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM