satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda yeni ali təhsil müəssisəsi yaradılır

Gürcüstanda yeni ali təhsil müəssisəsi yaradılır

Gürcüstan hökumətinin qərarı ilə yeni ali təhsil müəssisəsi – Gürcüstan Diplomatiya Akademiyası yaradılır.

NTV-nin məlumatına görə, bu barədə Baş nazir İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, akademiya gələcək diplomatların hazırlanmasına xidmət edəcək və Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək:

"Mövcud universitetlərin müvafiq fakültələri diplomatlar üçün lazım olan bilik və bacarıqları tam şəkildə təmin edə bilmir. Buna görə də yeni akademiyanın yaradılması zəruri hesab olunub".

Baş nazir qeyd edib ki, Diplomatiya Akademiyası akkreditasiyadan keçdikdən sonra gələn ildən fəaliyyətə başlayacaq. O bildirib ki, məqsəd Gürcüstanın diplomatik xidməti üçün yüksək ixtisaslı kadrlar hazırlamaq və ölkənin xarici siyasət mövqelərini daha da gücləndirməkdir.

Maka Boçorişvili və Xarici İşlər Nazirliyinin də layihənin hazırlanmasında iştirak etdiyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM