satellite   Azerspace-1: 11135 H 30000

Gürcü portalında Ulu Öndər Heydər Əliyev barədə məqalə yayımlanıb

Gürcü portalında Ulu Öndər Heydər Əliyev barədə məqalə yayımlanıb

Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində yayımlanan ajaratimes.ge portalında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş "Böyük Liderin həyat yolu – Azərbaycanın müasir tarixinin canlı salnaməsi" sərlövhəli məqalə dərc olunub.

NTV xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşəbbüsü ilə dərc olunan məqalədə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilir.

Bildirilir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müasir tarixində xüsusi yer tutan, dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi işinə əvəzsiz töhfələr vermiş böyük siyasi və dövlət xadimidir. Dahi şəxsiyyət Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan dövlətçiliyinin təşəkkülü və möhkəmlənməsi tarixinin ayrılmaz hissəsidir. Onun həyata keçirdiyi siyasət, qəbul etdiyi strateji qərarlar və yaratdığı idarəetmə modeli bu gün də Azərbaycanın inkişafının əsas istiqamətləri olaraq qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM