satellite   Azerspace-1: 11135 H 30000

İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı

İsrailin Livana hava zərbəsi: 9 ölü, 15 yaralı

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Səidə şəhəri yaxınlığındakı Saksakiya kəndinə zərbə endirib, nəticədə 9 nəfər həlak olub, 15 nəfər yaralanıb.

NTV xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, sərhəd bölgələrindən olan qaçqın ailəsinin yaşadığı evlərdən birinə raket zərbəsi endirilib. Üç uşaq da daxil olmaqla, bütün ailə üzvləri həlak olub. Xilasedicilər dağıntıları təmizləməyə davam etdikləri üçün qurbanların və yaralıların sayının arta biləcəyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM