satellite   Azerspace-1: 11135 H 30000

Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb

Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb

İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 2795-ə çatıb.

NTV xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi açıqlamasında bildirib. Nazirliyin Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, martın 2-dən indiyədək davam edən hücumlarda, ümumiyyətlə, 8586 nəfər yaralanıb. İsrail qüvvələri aprelin 16-da on gün müddətinə elan olunan atəşkəsi pozaraq Cənubi Livana qarşı hücumlarını davam etdirir. Atəşkəs aprelin 23-dən etibarən üçhəftəlik müddətə uzadılıb.

Hazırda beynəlxalq təşkilatlar və regional tərəflər gərginliyin aradan qaldırılması və münaqişənin sülh yolu ilə həllinə çağırış edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM