satellite   Azerspace-1: 11135 H 30000

Norveçdə altı yaşlı məktəbli vikinqlər dövrünə aid qılınc tapıb

Norveçdə altı yaşlı məktəbli vikinqlər dövrünə aid qılınc tapıb

Norveçdə altı yaşlı oğlan məktəb ekskursiyası zamanı vikinqlər dövrünə aid qılınc tapıb.

NTV-nin məlumatına  görə, bu barədə "Ancient Origins" portalı məlumat yayıb.

Hadisə məktəblilərin ekskursiya zamanı tarlada olduqları Brandbu kəndində baş verib. Oğlan yerdə əşya görüb, onun təxminən 1 300 il yaşı olan nadir birülgüclü qılınc olduğu ortaya çıxıb.

Tapıntıdan sonra məktəb arxeoloqlarla əlaqə saxlayıb və artefaktı təhvil verib.

Portalın məlumatına görə, qılınc hazırda Oslonun Mədəniyyət Tarixi Muzeyində saxlanılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM