satellite   Azerspace-1: 11135 H 30000

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

Almaniya və Ukrayna yeni silah sistemlərinin birgə istehsalını planlaşdırır

Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya səfər edib.

NTV Almaniya mediasına istinadla xəbər verir ki, nazir açıqlamasında səfər zamanı iki ölkə arasında yeni silah sistemlərinin birgə istehsalına dair planların müzakirə olunacağını açıqlayıb. Kiyevdəki görüşlərdə əsas diqqət pilotsuz döyüş sistemlərinin, xüsusilə uzaqmənzilli “Deep strike” imkanlarına malik silahların hazırlanmasına yönəlib.

Nazirin sözlərinə görə, Almaniya və Ukrayna müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirməyi, birgə müəssisələrin sayını artırmağı və innovativ texnologiyaların inkişafını sürətləndirməyi planlaşdırır. Bu məqsədlə perspektivli hərbi texnologiyalar üzərində çalışan şirkət və mühəndislərin xüsusi platformalar vasitəsilə dəstəklənməsi nəzərdə tutulur.

B.Pistorius bildirib ki, Ukraynanın müharibə şəraitində əldə etdiyi praktiki təcrübə Almaniya üçün də mühüm əhəmiyyət daşıyır. Xüsusilə pilotsuz uçuş aparatlarının tətbiqi və uzaqmənzilli hədəflərin vurulması sahəsində Ukraynanın qazandığı imkanların Almaniyanın və Avropadakı digər tərəfdaşların müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcəyi qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM