satellite   Azerspace-1: 11135 H 30000

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

CNN: Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etməyi ciddi şəkildə düşünür

ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası məsələsini getdikcə daha ciddi şəkildə nəzərdən keçirir.

NTV xəbər verir ki, bu barədə CNN Amerika liderinin adının açıqlanmasını istəməyən köməkçilərinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Hörmüz boğazının bağlı qalması, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməməsi Ağ Ev rəhbərliyində narazılığı artırır. Tramp isə bunu İran hakimiyyəti daxilində mövcud olduğu iddia edilən fikir ayrılıqları ilə əlaqələndirir.

CNN qeyd edir ki, Ağ Evdə Tehranla bağlı növbəti addımlara dair fərqli mövqelər mövcuddur. ABŞ administrasiyasının bəzi rəsmiləri İranın mövqeyini zəiflətmək məqsədilə hərbi zərbələri də əhatə edən daha sərt yanaşmanı dəstəkləyirlər. Digərləri isə diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayırlar.

Bundan əlavə, Trampın yaxın çevrəsindəki bəzi şəxslər ABŞ-İran danışıqlarında vasitəçi rolunu oynayan Pakistanın Vaşinqtonun mövqeyini Tehrana daha dəqiq çatdırmasını istəyirlər. Ağ Ev hesab edir ki, Pakistan vasitəçiləri bəzən İranın mövqeyini ABŞ tərəfinə olduğundan daha müsbət şəkildə təqdim edirlər.

Telekanalın məlumatına görə, Amerika liderinin bu həftə Çinə səfərindən əvvəl İranla bağlı yekun qərar qəbul etməsi ehtimalı azdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM