satellite   Azerspace-1: 11135 H 30000

Almaniya mülki müdafiə sisteminin modernləşdirilməsinə 10 milyard avro ayırır

Almaniya mülki müdafiə sisteminin modernləşdirilməsinə 10 milyard avro ayırır

Almaniya hökuməti Avropada dəyişən təhlükəsizlik mühiti və artan risklər fonunda ölkənin mülki müdafiə sisteminin genişmiqyaslı modernləşdirilməsinə başlayır.

NTV xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi “Mülki Müdafiə Paktı” çərçivəsində 2029-cu ilədək bu sahəyə ümumilikdə 10 milyard avro sərmayə yatırılması nəzərdə tutulur. Sənəddə Rusiya-Ukrayna müharibəsi, təbii fəlakət risklərinin və hibrid hücumların artması Almaniya və Avropa üçün əsas təhlükələr kimi göstərilib. Yeni konsepsiya mülki müdafiə və əhalinin təhlükəsizliyinin təmin olunması sahəsində federal hökumət, əyalətlər və bələdiyyələr arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Mülki Müdafiə Komandanlığı təsis olunacaq, vahid rəqəmsal məlumatlandırma sistemi yaradılacaq.

Pakt çərçivəsində könüllü xilasetmə xidmətləri üçün müasir avadanlığın alınması, xəbərdarlıq və rabitə sistemlərinin yenilənməsi, Texniki yardım idarəsinin (THW) gücləndirilməsi, içməli su və fövqəladə enerji təminatının yaxşılaşdırılması planlaşdırılır. Hökumət, həmçinin NINA xəbərdarlıq tətbiqinin təkmilləşdirilməsi və ölkə üzrə həyəcan siqnalı şəbəkəsinin genişləndirilməsi üzərində işləyir. 2027-ci ildən etibarən həyəcan siqnalının mərkəzləşdirilmiş qaydada idarə edilməsi mümkün olacaq.

Yeni strategiyada maarifləndirmə tədbirləri də diqqət mərkəzində saxlanılıb. Belə ki, mülki müdafiə mövzularının tədris proqramlarına daxil edilməsi və fövqəladə hallar üzrə vahid milli təlim standartlarının hazırlanması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM