Səudiyyə Ərəbistanında mənzil proqramlarında faiz subsidiyası və nağd dəstək mexanizmi tətbiq edilir.
NTV xəbər verir ki, bunu ölkənin Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu kreditlər vətəndaşlar üçün getdikcə daha cəlbedici olur, çünki hökumət ya kreditin faizini subsidiyalaşdırır, ya da hökumət tərəfindən subsidiyalaşdırılan bir mənzil üçün kreditə müraciət etdikdə sizə geri qaytarılmayan 100-150 min rial nağd vəsait təqdim edir. Bu, təxminən 1 000 ABŞ dolları və ya daha çox gəliri olan insanlarla bağlı ilk təsnifata aiddir. Daha az gəliri olan və yaxud ümumiyyətlə gəliri olmayan insanlar üçün isə Səudiyyə Ərəbistanının Mənzil Nazirliyinin nəzdində 'İnkişaf Yönümlü Mənzil Təminatı' adlı proqram mövcuddur. Bu proqram xeyriyyə fondları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Biz vəsaiti ya hökumətdən, ya xeyriyyə fondlarından, ya da xeyriyyəçilərdən alırıq. Onların hamısını bir fondda toplayırıq və hazırda Səudiyyə Ərəbistanında 200 000-dən çox ailə bundan faydalanır. Bu evlərin 109 000-i birbaşa nazirliyin özü tərəfindən tikilib, digər evlər isə özəl sektordan satın alınıb. Bu, məsələnin tələb tərəfidir".
