satellite   Azerspace-1: 11135 H 30000

Pakistan İran-ABŞ münaqişəsinin həlli üzrə səylərini gücləndirir

Pakistan İran-ABŞ münaqişəsinin həlli üzrə səylərini gücləndirir

Pakistan İran-ABŞ münaqişəsinin həlli üzrə səylərini gücləndirir.

NTV  ISNA agentliyinə istinadla xəbər verir ki, mayın 21-də Pakistan ordusunun komandanı Asim Munir Tehrana səfər edəcək. Bu səfər Tehran və Vaşinqton arasında danışıqlar və məsləhətləşmələrdə Pakistanın vasitəçiliyi çərçivəsində baş tutacaq.

Mayın 20-də isə Pakistanın daxili işlər naziri Möhsin Nəqvi İrana səfər edib. Məqsəd ABŞ ilə danışıqlar prosesinin asanlaşdırılması olub.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai dövlət televiziyası IRIB-ə açıqlamasında bildirib ki, Nəqvinin iştirakı İran və ABŞ arasındakı mətnləri dəqiqləşdirmək üçün əlavə müzakirələr aparılıb. Bu, Pakistan daxili işlər nazirinin Tehrana ikinci səfəri olub. İran XİN-in sözçüsü qeyd edib: “Tehranın əsas diqqəti bütün cəbhələrdə (Livan da daxil olmaqla) müharibəyə son qoymaq, dondurulmuş aktivləri azad etmək və İran gəmiçiliyinə qarşı təqib aktlarını və dəniz piratçılığını dayandırmaqdır”.

Nəqvi İrana səfəri zamanı bu ölkənin Prezidenti Məsud Pezeşkian ilə də görüşüb.

Rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, görüş zamanı İran-ABŞ danışıqları ilə bağlı son regional inkişaflar və diplomatik məsləhətləşmələr müzakirə olunub. Pezeşkian dialoqun davam etdirilməsi, regional əməkdaşlığın gücləndirilməsi və İslam ölkələri arasında koordinasiyanın vacibliyini vurğulayıb və Pakistan hökumətinin sabitliyi və konstruktiv regional qarşılıqlı əlaqələri dəstəkləmək səylərini yüksək qiymətləndirib.

Pakistanın vasitəçiliyi ilə aprelin 8-də ABŞ və İran arasında atəşkəs qüvvəyə minib, lakin İslamabadda aparılan danışıqlar razılaşma əldə etmək üçün uğursuz olub. ABŞ Prezidenti Donald Tramp daha sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb və strateji su yolu ilə İran limanlarına gedən və ya İrandan gələn gəmilərə qarşı blokadanı davam etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM