satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan 15 minədək məhkuma amnistiya tətbiq etməyi planlaşdırır

Qazaxıstan 15 minədək məhkuma amnistiya tətbiq etməyi planlaşdırır

Qazaxıstanda yeni Konstitusiyanın qəbulu ilə əlaqədar 15 mindən çox məhkumun əfv olunması nəzərdə tutulur.

NTV Qazaxıstanın Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini və Cəzaların İcrası Komitəsinin sədri Abay Kaiyrbekov məlumat verib. Onun sözlərinə görə, əfv 5 mindən çox həbsdə olan və 10 mindən çox probasiya nəzarətindəki şəxsi əhatə edə bilər. Əvvəlki əfv şərtlərini pozaraq təkrar cinayət törədən şəxslər isə bu prosesdən kənarda qalacaqlar.

Bildirilib ki, ötənilki əfv nəticəsində 2 mindən çox məhbus azadlığa buraxılıb, 15 mindən çox şəxsin isə cəza müddəti azaldılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM