satellite   Azerspace-1: 11135 H 30000

Küveytin hava məkanı iki aviaşirkət üçün açılıb

Küveytin hava məkanı iki aviaşirkət üçün açılıb

Küveyt hakimiyyəti ölkənin hava məkanını qismən açaraq iki milli aviaşirkət - “Jazeera Airways” və “Kuwait Airways”in uçuşlarına icazə verib.

NTV TASS-a istinadla xəbər verir ki, digər aviaşirkətlər üçün hava məkanı hələ də bağlı qalır. Qərar beynəlxalq hava limanına dron və raket hücumundan sonra qəbul edilib. Hadisə nəticəsində xəsarət alanlar olub və hava limanına ciddi maddi ziyan dəyib.

Hazırda ölkədə hava nəqliyyatının mərhələli şəkildə bərpası istiqamətində tədbirlər görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM