satellite   Azerspace-1: 11135 H 30000

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün növbəti hippoterapiya seansı təşkil edilib.

Agentlikdən NTV-yə verilən məlumata görə, atlarla təmas və xüsusi məşğələlər əsasında həyata keçirilən hippoterapiyanın məqsədi əlilliyi olan şəxslərdə əzələ aktivliyinin artırılması və fiziki inkişafın dəstəklənməsidir.

2022-ci ildən etibarən tətbiq olunan bu xidmət çərçivəsində əlilliyi olan 1623 şəxsə hippoterapiya xidməti göstərilib.

Beynəlxalq təcrübədə geniş tətbiq olunan hippoterapiya əlilliyi olan şəxslərin emosional və psixoloji vəziyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərir. Xüsusilə autizm spektr pozuntusu, Daun sindromu, serebral iflic, nitq pozuntuları və digər xüsusiyyətləri olan uşaqların sosial-psixoloji və fizioterapevtik reabilitasiya prosesində bu xidmətdən istifadə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM