Serbiya Fransa istehsalı olan 12 yeni "Rafale" döyüş təyyarəsi alacaq.
NTV-nin Balkan bürosu xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini və texniki mandatda fəaliyyət göstərən maliyyə naziri Sinişa Mali açıqlayıb.
Onun sözlərinə görə, ilk təyyarə 2028-ci ilin yanvarında qəbul edəcək. Ondan sonra ölkəyə hər ay 1 "Rafale" gətiriləcək.
S.Mali bildirib ki, təyyarələrin alınması üzrə ödənişlər qrafikə uyğun həyata keçirilir.
Serbiyanın texniki mandatda müdafiə naziri Bratislav Qaşiç da ordunun yeni Fransa döyüş təyyarələrini qəbul etməyə hazır olduğunu deyib.
