satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) xarici sərhədlərinin dayanıqlılığını və təhlükəsizliyini gücləndirmək, qəfil və kütləvi qanunsuz miqrant axınlarının qarşısını almaq və belə hallara operativ cavab vermək məqsədilə 5 bəndlik fəaliyyət planı təqdim edib.

NTV xəbər verir ki, Komissiyanın məlumatına görə, qanunsuz sərhəd keçidləri 2021-ci ildən bəri ən aşağı səviyyəyə düşsə də, son hadisələr mövcud mexanizmlərin fövqəladə vəziyyətlərə uyğunlaşdırılmasının zəruriliyini göstərib.

Sənəddə “Frontex”in mandatının genişləndirilməsi, yeni “Avropa fövqəladə hallara cavab çərçivəsi”nin hazırlanması və qanunsuz miqrasiya ilə bağlı onlayn fəaliyyətin daha səmərəli monitorinqi də təklif olunur.

Aİ-nin daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner bildirib ki, yeni plan “Frontex”in gücləndirilməsi, fövqəladə hallara cavab imkanlarının artırılması və mənşə və tranzit ölkələri ilə tərəfdaşlığın dərinləşdirilməsi ilə Aİ-nin xarici sərhədlərinin qorunmasını möhkəmləndirəcək.

Beşbəndlik plan oktyabrın 1-2-də keçiriləcək Ədliyyə və Daxili İşlər Şurasının iclasında üzv dövlətlərə təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM