satellite   Azerspace-1: 11135 H 30000

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) xəbərdarlıq edib ki, maliyyələşmənin azalması bu il təxminən 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə, bəzi ölkələrdə müdafiə sistemlərinin çökməsinə səbəb ola bilər.

NTV xəbər verir ki, qurumun 2026-cı il üçün tələb etdiyi 8,5 milyard dolların iyul ayınadək yalnız 32 faizini əldə edib. Qurumun maliyyə çatışmazlığı hazırda 5,7 milyard dollar təşkil edir.

Vurğulanır ki, maliyyə çatışmazlığı qaçqınların qeydiyyatı, uşaqların müdafiəsi və gender əsaslı zorakılıqdan zərərçəkənlərə göstərilən xidmətlərə ciddi təsir edir. Qurumun məlumatına görə, 2026-cı ilin sonunadək mandatı çərçivəsində olan insanların sayının 131,2 milyona çatacağı gözlənilir.

Qeyd olunub ki, Qaçqınlar üzrə Ali Komissarlıq artıq 2025-ci ildə işçi heyətini 33 faiz azaldıb, 140 məkanda ofisini bağlayıb və 15 ölkədə fəaliyyətini dayandırıb. Qurum xəbərdarlıq edib ki, əlavə xərclərin azaldılması tədbirləri maliyyə çatışmazlığını kompensasiya edə bilməz.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM