ABŞ-nin “Open AI” süni intellekt şirkəti təhlükəsizlik problemi səbəbindən yeni “GPT-6.1 Astra” modelinin buraxılışını təxirə saldığını açıqlayıb.
NTV xarici mediaya istinadla xəbər verir ki, şirkətin açıqlamasında deyilir: “Tədqiqatçılar tərəfindən qaldırılan təhlükəsizlik narahatlıqları səbəbindən yeni “GPT-6.1 Astra” modelinin buraxılışı təxirə salınıb”. “Open AI” modelin tapşırıqları yerinə yetirməkdə daha davamlı bir funksiyaya malik olduğunu, lakin bu qabiliyyətin icazəsiz davranış riskinə qarşı balanslaşdırılacağını qeyd edib.
Təhlükəsizlik və uyğunluq üçün son dərəcə yüksək standartların tələb olunduğunu qeyd edən şirkət, həmçinin yeni versiyanın bu tələblərə tam cavab vermədiyi qənaətindədir. Yeni modelin internetdə müstəqil şəkildə gəzə, proqram təminatını avtonom işlədə və mürəkkəb əməliyyatları yerinə yetirə bilən bir sistem olması gözlənilirdi.
ABŞ mətbuatındakı xəbərlərdə texnologiya şirkətlərinin süni intellekt modellərinin sui-istifadəsinə görə məsuliyyət daşıması çağırışları vurğulanır.
