Naməlum hakerlər Pentaqonun məlumat bazalarında yer alan təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə edib.
NTV xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Məlumata görə, kiberhücum 2,76 milyon sağ və 294 min vəfat etmiş şəxsin məlumatlarına təsir edib.
Hakerlərin 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək məlumat mərkəzinə giriş əldə etdiyi bildirilir. Sızdırılan məlumatlar arasında sosial təminat nömrələri, hərbi və mülki işçilərin peşə məlumatları da ola bilər.
Pentaqon hakerlərin əldə etdikləri məlumatlardan sui-istifadə etdiyinə dair hələlik dəlil aşkar etməyib.
