HƏMAS-ın Qəzza zolağındakı şimal briqadasının komandiri İzzəddin əl-Bik ötən gecə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub.
NTV "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında deyilir.
Bəyanata əsasən, zərbənin hədəfi İzzəddin əl-Bik olub. İsrail hökuməti onu İsrail qüvvələrinə hücumda iştirak etməkdə və yeni yaraqlıların cəlb olunmasında günahlandırır.
Fələstin mətbuatının məlumatına görə, əl-Bik Qəzza şəhərinin Əl-Nəsr rayonunda çoxmənzilli binaya endirilən zərbə nəticəsində həlak olub.
