satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

Qazaxıstan sosial mediada yayılan və ölkənin silahlı qüvvələri ilə bağlı real hadisələr kimi təqdim edilən videomaterialları təkzib edib.

NTV Dezinformasiya Əleyhinə Mərkəzə istinadla xəbər verir ki, əvvəlki təkzibdən bir il sonra anonim hesablar yenidən bu cür materiallar yayır. Xüsusilə, “Threads” sosial şəbəkəsinin istifadəçiləri “Qırğızfilm” studiyasının “Batken” bədii filmindən parçaları kütləvi şəkildə paylaşaraq onları real görüntülər kimi təqdim edirlər.

Mərkəz qeyd edib ki, videolar istifadəçiləri çaşdıra, sosial gərginliyin artmasına səbəb ola biləcək emosional şərhlər və dağıdıcı çağırışlarla müşayiət oluna bilər.

Oxşar dezinformasiya 2025-ci ilin sentyabrında təkzib edilib. Mərkəz, həmçinin yalan və feyk məlumatların bilərəkdən yayılmasının hüquqi məsuliyyətə səbəb ola biləcəyini xatırladıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM