Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini ölkə Prezidenti Sercio Mattarellaya təqdim edib.
NTV xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Sentyabrın 28-də Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim etmək şərəfinə nail olub və rəsmən Azərbaycanın İtaliyadakı səfiri vəzifəsinin icrasına başlayıb", - məlumatda qeyd olunub.
Mərasim Romadakı Kvirinal sarayında keçirilib. Etimadnamənin təqdim olunmasından sonra ikitərəfli görüş baş tutub.
