satellite   Azerspace-1: 11135 H 30000

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

Rusiyanın Amur vilayətində Tu-95 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın altı üzvü həlak olub, bir nəfər yaralanıb.

NTV xəbər verir ki, təyyarə təlim-məşq uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə sursatsız uçuş həyata keçirib və yaşayış olmayan əraziyə düşüb.

Təyyarənin göyərtəsində ümumilikdə yeddi ekipaj üzvü olub.

Hadisənin səbəblərini və şəraitini müəyyənləşdirmək üçün Rusiyanın Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM