satellite   Azerspace-1: 11135 H 30000

Alimlər xərçəngin müalicəsində yan təsirləri izləyən rəqəmsal alət hazırlayıblar

Alimlər xərçəngin müalicəsində yan təsirləri izləyən rəqəmsal alət hazırlayıblar

Avstraliyada tədqiqatçılar xərçəng xəstələrində immunoterapiyanın yaratdığı ciddi yan təsirləri daha tez müəyyən etməyə imkan verən rəqəmsal alət hazırlayıblar.

NTV  xəbər verir ki, “Peter MacCallum” Xərçəng Mərkəzi tərəfindən hazırlanmış bu alət elektron tibbi məlumatları təhlil edən kompüter alqoritmi əsasında işləyir. Yeni sistem immunoterapiya alan xəstələrdə immun sisteminin həddindən artıq reaksiyası nəticəsində yaranan kolit kimi ağırlaşmaları aşkarlamağa kömək edir. Bu isə həkimlərə riskli xəstələri daha tez müəyyənləşdirmək və müalicəni vaxtında uyğunlaşdırmaq imkanı verir.

Araşdırmanın müəllifi bildirib ki, rəqəmsal alət ənənəvi aparılan yoxlamaları daha sürətli və dəqiq üsulla əvəz edə bilər.

Alimlərin fikrincə, bu texnologiya gələcəkdə xəstələrdə yan təsirlərin yaranma ehtimalını əvvəlcədən müəyyən etməyə və xərçəng müalicəsini daha fərdi şəkildə planlaşdırmağa imkan verə bilər.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM