satellite   Azerspace-1: 11135 H 30000

Avropanın silah istehsalçıları narahatdır: KNDS qrupundan Almaniyaya sərt xəbərdarlıq

Avropanın silah istehsalçıları narahatdır: KNDS qrupundan Almaniyaya sərt xəbərdarlıq

Avropa SCAF döyüş təyyarəsi layihəsinin uğursuzluğundan sonra tank istehsalçısı KNDS qrupu Almaniya ilə gərginlik yaradacaq sərt açıqlama verib. Şirkətin İdarə Heyətinin sədri Tom Enders Berlinə “Fransaya Çin kimi davranmamağa” çağırış edib.

NTV  xəbər verir ki, Almaniyanın “Handelsblatt” qəzetinə verdiyi müsahibədə KNDS rəhbərliyi Almaniya və Fransa arasında hərbi əməkdaşlığın zəifləməsini sərt tənqid edib. Xüsusilə SCAF proqramının fiaskosundan sonra iki ölkə arasında müdafiə sənayesi münasibətlərində ciddi fikir ayrılıqları yaranıb.

Məlumata görə, KNDS-in ilin sonunadək planlaşdırılan birja çıxışı ərəfəsində Berlin şirkətin Almaniyadakı intellektual mülkiyyətinə nəzarət üçün “veto hüquqları” tələb edə bilər. Bu ideyanın Alman Sosial-Demokrat Partiyasından (SPD) olan bəzi deputatlardan gəldiyi bildirilir.

Tom Enders bu yanaşmanı tənqid edərək deyib: “Fransa ilə onilliklərdir uğurla əməkdaşlıq etdiyimiz halda, onu Çin kimi qəbul etmək istəyirikmi?” O, Almaniyanın müdafiə sahəsində getdikcə daha çox milli çərçivəyə qapanmasını narahatedici tendensiya kimi qiymətləndirib.

Almaniya Müdafiə Nazirliyi isə bu açıqlamalara münasibət bildirməkdən imtina edib.

2015-ci ildə yaradılan KNDS, Fransanın “Nexter” və Almaniyanın “Krauss-Maffei Wegmann” şirkətlərinin birləşməsi nəticəsində formalaşıb və Avropanın quru hərbi sənayesində əsas oyunçu olmağı hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM