satellite   Azerspace-1: 11135 H 30000

Media: ABŞ-İran sazişi 300 milyard dollarlıq özəl fond yaradılmasını nəzərdə tutur

Media: ABŞ-İran sazişi 300 milyard dollarlıq özəl fond yaradılmasını nəzərdə tutur

ABŞ-İran çərçivə sazişi 300 milyard dollarlıq özəl investisiya fondunun yaradılmasını nəzərdə tutur və bu məbləğin yarıdan çoxu artıq investor öhdəlikləri ilə təmin edilib.

NTV xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, fond tərəflər arasında yekun sazişin imzalanması üçün iqtisadi stimul məqsədi daşıyır. Maliyyə mexanizminə dövlət maliyyələşdirməsi və ya qrantlar daxil deyil. Vəsaitlər özəl sektor tərəfindən təmin ediləcək. İnvestorlar arasında ABŞ, körfəz ölkələri, Asiya, Cənubi Amerika və Afrikadan olan şirkətlər var.

Agentliyin mənbələri bildiriblər ki, fond yalnız yekun sazişin imzalanmasından sonra fəaliyyətə başlayacaq. Anlaşma memorandumunun növbəti 60 gün üçün çərçivəni müəyyən etməsi gözlənilir. Həmin müddət ərzində fondun administratorları layihələri planlaşdırmaq üçün İran tərəfi və investorlarla işləyəcəklər. Söhbət enerji, logistika, istehsal və nəqliyyat sahələrinə investisiyalardan gedir.

“Reuters” agentliyinin məlumatına əsasən, Tehran əvvəlcə müharibənin vurduğu zərərə görə Vaşinqtondan 400 milyard dollar təzminat tələb edib. Lakin ABŞ tərəfi bununla razılaşmayıb. Nəticədə İran infrastrukturunun bərpasında region ölkələrinin kredit xətləri və ya birbaşa maliyyələşdirmə vasitəsilə iştirak edə biləcəyi mexanizm barədə razılıq əldə olunub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM