satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır

İrakli Kobaxidze: Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır

Gürcüstanda 1 835 nəfər müharibə zamanı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

NTV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) bu ölkədəki nümayəndəliyinin yeni rəhbəri Coanna Bartonla görüşə bildirib.

"Gürcüstanda indiyədək müharibə zamanı 334 itkin düşmüş şəxsin qalıqları müəyyən edilib. Bununla yanaşı, 1 835 nəfər hələ də itkin düşmüş hesab olunur", - o qeyd edib.

İ.Kobaxidze vurğulayıb ki, Gürcüstan hökuməti bu istiqamətdə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əməkdaşlığı davam etdirmək niyyətindədir:

"Eyni zamanda, BQXK itkin düşmüş şəxslərin axtarışı və onların ailələrinə dəstək göstərilməsi istiqamətində mühüm rol oynayır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM