satellite   Azerspace-1: 11135 H 30000

Roma Papası: Vaşinqton-Tehran razılaşması Yaxın Şərqdə etimadı və təhlükəsizliyi möhkəmləndirəcək

Roma Papası: Vaşinqton-Tehran razılaşması Yaxın Şərqdə etimadı və təhlükəsizliyi möhkəmləndirəcək

Roma Papası XIV Lev ABŞ və İran arasındakı razılaşmanın Yaxın Şərqdə qarşılıqlı etimadın, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

NTV xəbər verir ki, bu barədə pontifik "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İran və ABŞ arasında iyunun 19-da imzalanacaq razılaşmanı dialoq çərçivəsindəki səbirli işin ümidverici nəticəsi kimi məmnuniyyətlə qarşılayıram. Tərəflər arasında görüşün təşkilinə kömək edən və bu razılaşmanın əldə olunmasını mümkün edən ölkələrə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, razılaşma xalqlar arasında dialoq və əməkdaşlığın inkişafına töhfə verərək, Yaxın Şərqdə qarşılıqlı etimadı, təhlükəsizliyi və sabitliyi möhkəmləndirməyə kömək edəcək", - XIV Lev qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM