satellite   Azerspace-1: 11135 H 30000

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ Vitse-prezidenti Cey. Di. Vens cümə günü başlaması gözlənilən ABŞ-İran danışıqları üçün İsveçrəyə planlaşdırılan səfərini təxirə salıb.  NTV xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev planların dəyişdirilməsinin səbəbinin logistika olduğunu bildirib.

"Hazırda Vitse-prezident bu gecə yola düşmür. Texniki danışıqlara mümkün qədər tez başlamağı səbirsizliklə gözləyirik”,- deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iyunun 19-da İsveçrədə ABŞ və İran nümayəndə heyətlərinin görüşü baş tutmalı idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM