satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə iki bələdiyyə başçısı korrupsiyada şübhəli bilinərək saxlanılıb

Türkiyədə iki bələdiyyə başçısı korrupsiyada şübhəli bilinərək saxlanılıb

Türkiyənin İstanbul əyalətinin Adalar və Mersinin Silifke rayonlarında keçirilən əməliyyat nəticəsində bələdiyyə sədrləri də daxil olmaqla çoxlu sayda məmur rüşvət və korrupsiyada şübhəli bilinərək saxlanılıb.

NTV Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Anadolu Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Türkiyənin İstanbul əyalətinin Adalar rayon bələdiyyəsinin sədri Əli Ercan Akpolat, sədr müavinləri Hüseyn Yılmaz və Fırat Durak, həmçinin bəzi bölmə rəisləri başda olmaqla 41 əməkdaşı rüşvət, korrupsiya və "mütəşəkkil cinayətkar təşkilat yaratmaq"da şübhəli bilinərək saxlanılıblar.

Bundan başqa, Mersin əyalətinin Silifke rayon bələdiyyəsinin sədri Mustafa Turqut da daxil olmaqla çox sayda şübhəli saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM