satellite   Azerspace-1: 11135 H 30000

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Qərbi Avstraliyada köçəri quşlar üzərində aparılan ilkin testlər yüksək patogenli H5N1 quş qripi virusuna şübhəli müsbət nəticə verib.

NTV SBS Avstraliya xəbər korporasiyasına istinadla xəbər verir ki, nümunələr təsdiqləyici analiz üçün Avstraliya Xəstəliklərə Hazırlıq Mərkəzinə göndərilib. Nəticələrin iyunun 20-də açıqlanacağı gözlənilir.

Federal kənd təsərrüfatı naziri Culi Kollins bildirib ki, yüksək patogenli H5N1-in təsdiqlənməsi gözlənilməz olmasa da, ciddi xəbərdarlıq siqnalı olacaq. Onun sözlərinə görə, vəziyyətin idarə olunması üçün müvafiq hazırlıq tədbirləri görülüb.

Qeyd edək ki, 2020-ci ildən bəri yüksək patogenli H5N1 virusu Avstraliya materiki istisna olmaqla bütün qitələrdə yayılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM