satellite   Azerspace-1: 11135 H 30000

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okeanda 5,6 və 6,3 bal gücündə iki zəlzələ qeydə alınıb.

NTV  TASS-a istinadla xəbər verir ki, yeraltı təkanlar təxminən bir dəqiqə fərqlə baş verib. Daha güclü zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 83 kilometr aralıda, ocağı isə 15,4 kilometr dərinlikdə yerləşib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi Kamçatka sahillərinə kiçik sunami dalğalarının yaxınlaşa biləcəyi barədə xəbərdarlıq yayıb. Bildirilir ki, Petropavlovsk-Kamçatskidə zəlzələ təxminən 4 bal gücündə hiss olunub. Yerli sakinlərə sahil ərazilərindən uzaq durmaq tövsiyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM