satellite   Azerspace-1: 11135 H 30000

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Rusiya ilə mümkün danışıqlar məsələsi Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri arasında fikir ayrılığı yaradıb.

NTV  xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Fransa prezidenti və Almaniya kansleri hazırda Moskva ilə təmasların qurulmasının əleyhinədirlər. Onların fikrincə, Kremlin rəhbərliyi ilə görüşlər üçün hələ uyğun vaxt yetişməyib və belə bir məqam yarandıqda Rusiya ilə danışıqları Paris, London və Berlinin təmsil olunduğu “Avropa üçlüyü” aparmalıdır.

Avropa İttifaqının digər liderləri fərqli mövqe nümayiş etdirərək Avropa Şurasının Prezidenti Antoniu Koştanın yanaşmasını dəstəkləyiblər. O, münasib vaxt yetişdiyi təqdirdə Moskva ilə dialoqa hazırlıq məsələsini Avropa rəsmiləri ilə müzakirə etdiyini bildirib.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların yalnız Vaşinqtonun öhdəsinə buraxılmasının düzgün olmadığını vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM