İsrail ordusunun gecə saatlarında və bu gün səhər Livanın cənubunda həyata keçirdiyi əməliyyatlar nəticəsində Nabatiyyə rayonunda 18 nəfər ölüb, 33-ü yaralanıb.
NTV “əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, Nabatiyyə rayonunun kənd və qəsəbələri raket və artilleriya hücumlarına məruz qalıb.
İsrail ordusu Livanın cənubundakı “Hizbullah” mövqelərini atəşə tutduğunu açıqlayıb. Bu zaman 4 İsrail əsgərinin də öldüyü bildirilib.
Qeyd edilib ki, bu, İranla Amerika Birləşmiş Ştatları arasında razılaşma əldə olunandan sonra verilən ilk itkilərdir.
